• ANNOUNCEMENT of IELTS for UKVI​
  • IELTS TEST for UK Visas and Immigration

Böyük Britaniya vizasının alınması üçün dil testinin təşkil edilməsinin yeni qaydası: IELTS aparıcı rol oynamağa davam edir.

- Böyük Britaniya höküməti vizanın alınması üçün zəruri olan ingilis dili biliyinin səviyyəsinin (SELT) təyin edilməsi üzrə testlərə vacib dəyişikliklərin daxil edilməsi barədə elan etmişdir.

- İngilis dilinin müəyyən səviyyəsinə yiyələnməyin təsdiq edilməsini tələb edən Böyük Britaniya tip vizalar üçün IELTS və IELTS Life Skills testləri təsdiq edilmişdir (Praktik vərdişlər).

- IELTS Life Skills yeni testi dil səriştələrinin Ümumavropa şkalası üzrə A1 və B1 danışıq nitqi və dinləmə səviyyələrinin olmasını sübut etmək zəruri olan şəxslər üçün tətbiq ediləcəkdir.

Böyük Britaniya höküməti vizanın alınması üçün testin aparılma qaydasına vacib dəyişikliklər barədə elan etdi: vizanın alınması üçün zəruri testlərin sayı azalmışdır, habelə testlərin aparılması və idarə edilməsi qaydasına yeni tələblər tətbiq edilmişdir.

IELTS – ingilis dili üzrə dünyada təhsil və beynəlxalq miqrasiya sahəsində tələb olunan ən məşhur testdir, namizədlərdən ingilis dilinin müəyyən səviyyəsinə yiyələnməsinin təsdiq edilməsini tələb edən bütün Böyük Britaniya viza tipləri üçün təsdiq edilmişdir. Bu da onu təsdiq edir ki, IELTS əvvəlki kimi  Böyük Britaniyaya və digər ölkələrə, Avstraliya, Kanada və Yeni Zelandiyaya  miqrasiya etmək istəyənlər üçün dil testinin aparılmasında vacib rol oynamağa davam edir.

Böyük Britaniyaya vizaların alınması üçün IELTS testləri testin keçirilməsinin yeni qaydasına müvafiq olaraq il ərzində bütün dünyada 100-dən çox əsas test aparılma yerlərində aparılacaq, həm də  dil səriştələrinin Ümumavropa şkalası üzrə A1 və B1 danışıq nitqi və dinləmə səviyyələrinin olmasını sübut etmək zəruri olan şəxslər üçün yeni IELTS Life Skills testi tətbiq ediləcəkdir (CEFR).

Vizaların alınması üçün IELTS testlərini yalnız Böyük Britaniya höküməti tərəfindən müəyyən edilmiş prosedurlara riayət etməli olan akkreditə edilmiş mərkəzlərdə vermək olar. Testi vermək üçün qeydiyyatdan sonra müştəriyə testin keçirilmə məqsədini göstərmək və bu mərkəzin həqiqətən müvafiq testin keçirmək hüququ verən akkreditasiyaya malik olmasından əmin olmaq  zəruridir. IELTS testinin keçirilməsi üçün akkreditə edilmiş mərkəzlərin siyahısı ən yaxın gələcəkdə www.ieltsessentials.com/uk saytında yerləşdiriləcəkdir.

Böyük Britaniya İmmiqrasiya xidməti üçün IELTS testləri IELTSSELT konsoriumu tərəfindən aparılır, bu konsorsiuma Britaniya şurası (BritishCouncil), IDP təşkilatı:  IELTS Australia və  Cambridge English Language Assessment bölməsi.

Britaniya şurasının, IDP təşkilatının birgə malik olduğu IELTS: IELTS Australia və Cambridge English Language Assessment bölməsi, özünün 25 illik tarixi ərzində miqrasiya etmək istəyənlər üçün dil testinin aparılmasında əsas rol oynayır və bütün dünyada 9 000-dən çox təşkilatda tanınır, o cümlədən, bir çox ölkələrin universitetləri və işəgötürənləri, habelə peşəkar təşkilatlar, miqrasiya xidmətləri və digər hökümət təşkilatları tərəfindən tanınır.  2014-cü ildə 140-dan çöx ölkədə 2.5 milyondan çox IELTS testi aparılmışdır.

Böyük Britaniya İmmiqrasiya xidmətinin (UKVI) elanları barədə daha ətraflı məlumat almaq üçün www.gov.uk saytını ziyarət edin.

20 fevral 2015-ci il tarixində Böyük Britaniya höküməti viza məqsədləri üçün dil testinə vacib dəyişikliklər daxil etdi - Secure English Language Tests (SELT).

Əgər siz Böyük Britaniyaya köçmək üçün vizanın alınması haqqında ərizə verirsinizsə, siz Böyük Britaniyaya miqrasiyaya və vizalara (UKVI) daxil edilən dəyişikliklər haqqında bilmək zəruridir.

Hansı dəyişikliklər?
Əgər siz Böyük Britaniyaya getməyə hazırlaşırsınızsa və ya orada yaşayırsınızsa, IELTS testi sizin üçündür.

IELTS Life Skills testi dil səriştələrinin Ümumavropa şkalası (CEFR) üzrə A1 və B1 səviyyələrində danışıq və dinləmə vərdişlərinin olmasını sübut etmək zəruri olan namizədlər üçün tətbiq ediləcəkdir. Bu danışıq və dinləmə vərdişlərini əhatə edən vahid testdir.

Böyük Britaniyaya miqrasiyaya və vizalar barədə əlavə məlumatın alınması üçün ziyarət edin Böyük Britaniyaya viza ərizələrinin verilməsi üzrə təlimat: İngilis dili üzrə təsdiq edilmiş testlər.

Bu dəyişikliklər nə zaman baş verəcək?

Böyük Britaniya hökümətinin siyasətində dəyişikliklər 6 aprel  2015-ci ildən qüvvəyə minir.  5 aprel 2015-ci il tarixinə qədər siz dünyanın isitənilən nöqtəsində IELTS testi verə bilərsiniz, və  nəticə sizin ərizənizlə birlikdə 5 noyabr 2015-ci il tarixinə qədər UKVI verilə bilər. 

Böyük Britaniyaya miqrasiyaya və viza üçün IELTS testləri bəyənilmişdir

IELTS Academic və IELTS General Training
Sizin verəcəyiniz IELTS testi və tələb olunan bal həm  sizin viza tələblərinizdən, həm də sizin oxumağı və ya işləməyi planlaşdırdığınız müəssisənin  tələblərindən asılı olacaq.

IELTS Academic
IELTS Academic ali təhsilli akademik mühit üçün zəruri olan ingilis dilinə yiyələnmə səviyyəsini ölçür. Tapşırıq və testlər sizin tematik istiqamətinizdən asılı olmayaraq hər kəsə əlçatandır.

Akademik format sözün geniş mənasında bakalavriat və ya magistratura səviyyəsində ingilis dili tədris edən universitetlərdə  və ya ali və əlavə təhsil müəssisələrində oxumaq və ya təlim almaq istəyənlər üçün nəzərdə tutulmuşdur.   Bir çox peşələr (məsələn, tibbi, xəstələrə qulluq, mühasibat uçotu, mühəndislik) bir çox ölkələrdə qeydiyyat üçün akademik testlərin nəticələrini təyin edir.

IELTS General Training
IELTS General Training praktik, gündəlik konteksdə ingilis dilinə yiyələnmə səviyyəsini ölçür. Tapşırıqlar və mətnlər həm iş yerini, həm də sosial situasiyanı əks etdirir. Testin standart versiyası adətən orta təhsil, iş təcrübəsi və ya təlim proqramı almaq üçün  ingilisdilli ölkələrə getməyə hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Əgər siz ingilisdilli ölkələrə, Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya daxil olmaqla, miqrasiya etməyi planlaşdırırsınızsa çox vaxt bu test versiyası tələb olunur.

Əgər siz Böyük Britaniyaya viza almaq üçün ərizələrə əsasən IELTS Academic və ya IELTS General Training testini keçirsinizsə, siz əmin olmalısınız ki, bu test UKVI bəyənilmiş test mərkəzində verilmişdir. Böyük Britaniyaya və digər ölkələrə viza almaq barədə  ərizələr üçün IELTS Academic və IELTS General Training testləri eynidir – eyni məzmun, imtahan götürənlər, format, çətinlik səviyyəsi, qiymətləndirmə və s.

IELTS Life Skills
IELTS Life Skills – A1 səviyyəsində və CEFR B1 səviyyəsində mümkün olan danışma və dinləmə testidir.  O Britaniya vizalarının və müəyyən kateqoriya vizaların və digə miqrasiya məqsədlərinin tələblərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

IELTS Life Skills əlavə məlumat almaq üçün zəhmət olmasa Life Skills səhifəsini ziyarət edin.

Böyük Britaniyaya miqrasiyaya və viza üçün ingilis dilinin tələblərinə uyğunluğun yoxlanması təkidlə tövsiyə edilir.

Böyük Britaniyaya viza üzrə ərizələr üçün IELTS testi və qiymətləndirməsi tələb olunur
Diqqət edin, əgər sizə Böyük Britaniyaya vizaya dair ərizə üçün IELTS lazımdırsa, siz onu yalnız UKVI tərəfindən bəyənilmiş IELTS test mərkəzində verə bilərsiniz, o UKVI sertifikatlaşdırılmış sınaq mərkəzidir və biz Böyük Britaniyaya vizanın alınması üçün bütün təsdiq edilmiş  IELTS testlərini təklif edirik. Test üçün qeydiyyatdan keçmək üçün zəhmət olmasa: Test Date page ziyarət edin.

Siz testinizi sifariş verməzdən əvvəl biz təkidlə ərizə vermək üçün sizin verməli olacağınız testi Böyük Britaniyaya miqrasiya və vizaları (UKVI) ilə yoxlamağı tövsiyə edirik. Böyük Britaniyaya miqrasiyaya və vizalar barədə əlavə məlumatın alınması üçün ziyarət edin: Böyük Britaniyaya viza ərizələrinin verilməsi üzrə təlimat: İngilis dili üzrə təsdiq edilmiş testlər.

Təlimat kimi siz aşağıdakı cədvəli istifadə edə bilərsiniz:

Vizanın təsviri (yalnız Böyük Britaniya üçün)

CEFR səviyyəsi tələb olunur

Vərdişlər

IELTS testi və qiymətləndirməsi tələb olunur

1-ci səviyyə viza  (ümumi)

C1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə  

IELTS - 7.0 ümumi bal və dörd vərdişdən hər birinə görə

1-ci səviyyə viza  (Müstəsna istedad)

B1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.0 ümumi bal və dörd vərdişdən hər birinə görə

1-ci səviyyə viza (Sahibkar)

B1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.0 ümumi bal və dörd vərdişdən hər birinə görə

1-ci səviyyə viza (inkişaf etmiş sahibkarlar üçün)

B1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.0 ümumi bal və dörd vərdişdən hər birinə görə

2-ci səviyyə viza  (ümumi)

B1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.0 ümumi bal və dörd vərdişdən hər birinə görə

2-ci səviyyə viza (İdmançı)

A1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.01 ümumi bal və dörd vərdişdən hər birinə görə

2-ci səviyyə viza (din xadimi)

B2

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 5.5 ümumi bal və dörd vərdişdən hər birinə görə

4-cü səviyyə tələbə vizası (ümumi) – dərəcədən aşağı səviyyə (zəhmət olmasa, 4-cü səviyyə tələbə vizası  haqqında vacib qeydi oxuyun)

B1

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 4.03 ümumi bal və dörd vərdişdən hər birinə görə

4-cü səviyyə tələbə vizası (ümumi) – dərəcə səviyyəsi və yüksək (zəhmət olmasa, 4-cü səviyyə tələbə vizası  haqqında vacib qeydi oxuyun)

B2

Oxu, Yazı, Danışıq nitqi və Dinləmə

IELTS - 5.53 ümumi bal və dörd vərdişdən hər birinə görə

Mühacir ailələri üçün vizalar

A1 

Danışıq nitqi və Dinləmə

IELTS Life Skills A1səviyyəsində - verilmişdir

Müddətsiz qalmağa (tənzimləmək üçün) və ya vətəndaşlığa görə icazə 2

B1

Danışıq nitqi və Dinləmə

IELTS Life Skills B1 səviyyəsində - verilmişdir

  1. IELTS UKVI tərəfindən 4,0 və daha yüksək balla qəbul edilir, bu da CEFR B1 səviyyəsinə ekvivalentdir.
  2. UKVI SELT siyahısından testi və ya bu miqrasiya kateqoriyası üçün tənzimlənən Ofqual testi qəbul edəcək.  Test B1 səviyyəsində Danışıq və Dinləməni əhatə etməlidir.
  3. TIER 4 kateqoriyası üçün yuxarıdaa göstərilən ballar UKVI tələbidir. Universitet və kolleclər üçün sizin ərizə verdiyiniz kursa görə daha yüksək bal tələb oluna bilər. Zəhmət olmasa, sizin kursunuz üçün ballara tələbi dəqiqləşdirin.

Diqqət edin ki, bu dəyişikliklər Avropa İttifaqından, Avropa iqtisadi məkandan, İsveçrədən və “ingilisdilli ölkələrin əksəriyyətindən” olan şəxslərin IELTS istifadə etməsinə təsir etmir Böyük Britaniya daxili işlər Nazirliyi tərəfindən müəyyən edildiyi kimi (https://www.gov.uk/english-language).

4-cü səviyyə tələbə vizası üçün vacib qeyd

Vizaya bu yaxınalarda daxil edilən dəyişikliklər 4-cü səviyyə tələbə vizasına şamil edilmir.  Bakalavr və ya aspirantura dərəcəsində təhsil almaq üçün yüksək ixtisaslı sponsora  (HTS) 4-cü səviyyə tələbə vizasının alınmasına dair ərizə verənlər müəssisə tərəfindən müəyyən edilən ingilis dili səviyyəsinə uyğun olmalıdır.  Bütün Britaniya universitetləri və kollecləri IELTS nəticələrini qəbul edir. Bu onu bildirir ki, UKVI göstərilən şərtlərinə müvafiq olaraq sizə IELTS testini vermək lazım deyil, əgər sizin müəssisəniz bunu sizdən tələb etmirsə.

Zəhmət olmasa, ərizə verdiyiniz təhsil müəssisəsində daxil olan zamanı onların tələbləri haqqında dəqiqləşdirin, bax:

Etibarlı sponsor statusuna malik olan Britaniya universitetlərinin və kolleclərin rəsmi siyahısı