• IELTS Academic
  • IELTS General Training

Academic Reading və Academic Writing modulu bakalavr və ya magistr səviyyəsində ingilis dilində təhsil almaq və ya ingilisdilli ölkədə peşəkar qeydiyyatdan keçmək istəyən (məsələn, tibb mütəxəssisləri) şəxslər üçün nəzərdə tutulub.

General Training Reading və General Training Writing modulu işləmək və ya peşə ilə bağlı təlim kursu keçmək üçün ingilisdilli ölkəyə getməyə hazırlaşan namizədlər üçün nəzərdə tutulub. GT həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Birləşmiş Krallığa immiqrasiya məqsədi üçün də istifadə olunur.