• IELTS Life Skills

IELTS Life Skills – Danışıq nitqi və dinləmə

IELTS Life Skills A1 və B1 səviyyə (CEFR) dillər üzrə tapşırıqların ümumavropa standartları səviyyəsində ingilis dilində öz danışıq və dinləmə vərdişlərini nümayiş etdirməsi zəruri olan insanlar üçün nəzərdə tutulmuşdur. 

Əgər siz Böyük Britaniyaya “qaçqın ailəsi” üçün mühacirət və vizanın alınmasına dair ərizə verirsinizsə, sizin üçün test IELTS Life Skills A1-dir. Əgər siz Böyük Britaniyaya qeyri – müəyyən müddətə qalmaq və ya vətəndaşlıq almaq üçün mühacirət və vizanın alınmasına dair ərizə verirsinizsə, sizin üçün test IELTS Life Skills B1-dir.  

IELTS Life Skills * A1 * Böyük Britaniyaya “qaçqın ailəsi” üçün mühacirət və vizanın alınmasına dair ərizə verilməsi çərçivəsində  ingilis dilində öz danışıq və dinləmə vərdişlərinizi təsdiq edin. 

IELTS Life Skills * B1 * Böyük Britaniyaya qeyri – müəyyən müddətə qalmaq və ya vətəndaşlıq almaq üçün mühacirət və vizanın alınmasına dair ərizə verilməsi çərçivəsində ingilis dilində öz danışıq və dinləmə vərdişlərinizi təsdiq edin.   

Testdən keçmək üçün qeydiyyatdan əvvəl siz ingilis dilində sizin viza kateqoriyası üçün tələbləri yoxlamalısınız. Zəhmət olmasa, əlavə məlumat almaq üçün www.gov.uk/check-uk-visa saytını ziyarət edin.

Necə qeydiyyata düşmək

IELTS Life Skills necə qeydiyyata düşmək olar – Danışıq nitqi və dinləmə
2015-ci ilin aprelindən IELTS Life Skills verilməsi bu test mərkəzində mümkün olacaq.
Test üçün uyğun tarix tapmaq üçün və IELTS Life Skills testinə qeydiyyata düşmək üçün zəhmət olmasa, Testdən keçmə Tarixlərinin Səhifələrini ziyarət edin.

Testdə nə olacaq?

İcmal
IELTS Life Skills iki səviyyədə mümkündür:

  • IELTS Life Skills – A1 Danışıq nitqi və Dinləmə
  • IELTS Life Skills – B1 Danışıq nitqi və Dinləmə

Danış nitqi testi və üzbəüz Dinləmə
Siz imtahan götürənə və daha bir test keçirən şəxsə imtahan verəcəksiniz.
IELTS Life Skills-də tapşırıqlar ingilisdilli ölkədə gündəlik ünsiyyət təcrübəsini əks etdirmək üçün nəzərdə tutulmuşdur.  Gözlənilir ki, siz gündəlik mövzularda qısa söhbətlərdə iştirak edəcəksiniz, o cümlədən:

  • Şəxsi məlumatlar / həyat tarixi
  • Ailə və dostlar
  • Malların alış - verişi
  • sağlamlıq
  • asudə vaxt
  • təhsil / təlim
  • nəqliyyat
  • ev və təsərrüfat
  • hava

IELTS Life Skills aşağıdakılara yönlənir

Hər səviyyədə test sizin dinləyə bilməyinizi və caba verə bilməyinizi, öz fikrinizi izah etməyinizi və digər insanlarla danışa bilməyinizi qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. 

A1

Nəyə diqqət yetirirlər:

Sizdən nə gözləyirlər:  şifahi nitqi dinləmək və ona cavab vermək, sadə nəqletmələr, təsdiqlər, suallar və addım – addım təlimatlar, əsas məlumat vermək,  tanış mövzu üzrə hisslər və fikirləri bildirmək, tanış situasiyada digər insanla tanış mövzuda danışmaq.

Tapşırıqlara daxil edilə bilər:

Təsvir, fikrin bildirilməsi, şəxsi məlumatın verilməsi, seçimlərinizin göstərilməsi, şərhlər,  məlumat  və ya təsvir sorğusu, razılıq və ya narazılıq,  izahat, əsas və ya qərarların əsaslandırıması,  təklif, seçim.

B1

Nəyə diqqət yetirirlər:

Sizdən gözləyirlər:  şifahi nitqi dinləmək və ona cavab vermək, birbaşa məlumat və hekayələr daxil olmaqla, və sadə izahatlara və təlimatlara əməl etmək.  Məlumat vermək, müvafiq ümumqəbul edilmiş ifadələri istifadə etməklə tanış mövzu üzrə hisslər və fikirləri bildirmək. Tanış situasiyada bir və ya bir neçə insanla müvafiq qeydlər etməklə və  tanış mövzu üzrə ümumi anlaşmaya nail olmaq üçün digər insanların nə dediklərinə reaksiya verməklə danışmaq.

Yuxarıda göstərilən A1 tapşırıqlarına əlavə olaraq B1 tapşırıqlarına daxil edilə bilər:

Təzadı, səbəbi, niyyəti və ya məqsədi, prioritetləri,  planlaşdırmanı, əqidəni göstərən müqayisə, gələcəyə inamı ifadə edən keçmiş və ya gələcək hadisələr barədə sorğu - sual

Necə hazırlaşmalı

IELTS Life Skills hazırlıq

Suallar vəcavablar
Test zamanı mən necəə qiymətləndiriləcəyəm?
Siz dörd əsas sahədə öz qabiliyyələrinizə əsasən qiymətləndiriləcəksiniz:

  • məlumatın alınması
  • məlumatın verilməsi
  • ünsiyyət etmək üçün danışmaq
  • müzakirədə iştirak

Zaman keçdikcə test zamanı sizə cavablarınıza hazırlıq üçün qeydlər etməyə icazə veriləcək. İmtahan götürən sizin qeydlərinizi qeyd etməyəcək - test zamanı yalnız sizin danışıq nitqi və dinləmə vərdişləriniz qeyd ediləcək.

IELTS Life Skills hansı səviyyədədir?
IELTS Life Skills dillər üzrə tapşırıqların ümumavropa standartlarının (CEFR) A1 və B1 səviyyələrində mümkündür. Bu şagirdlərin dil vərdişlərinin təsvir edilməsi üçün bütün dünyada istifadə edilən beynəlxalq standartdır.

Test zamanı nə baş verir?
IELTS Life Skills iki əsas hissədən ibarətdir:

  • Birinci hissədə siz tanış mövzular üzrə suallar verə və suallara cavab verə bilərsiniz.
  • Ikinci hissə dinləmə və danışıq üzrə kombinə edilmiş məsələlərdir.
  • A1 və B1 səviyyəsində siz kompakt diskə yazılmış tapşırığı dinləyəcəksiniz.
  • Tapşırığın həll edilməsi siz həm ümumi mənaya, həm də təfərrüatlara diqqət yetirmək qabiliyyətinizi göstərməyə imkan verəcək.
  • Siz öz cavablarınızı söyləyəcəksiniz, lakin siz kompakt diski dinləyərkən kağız üzərində qeydlər edə bilərsiniz.
  • Sonra kompakt diskdə dinlədiyiniz mövzu ilə bağlı müzakirə olacaq.
  • Bundan başqa, B1 səviyyəsində həmçinin belə bir tapşırıq da var ki, siz digər namizədlə fəaliyyətinizi harada planlaşdırırsınız.

Nə üçün mən digər namizədlə test verəcəyəm?
IELTS Life Skills sizin digər insanlarla gündəlik ingilis dilində nə dərəcədə yaxşı ünsiyyət edə biləcəyinizi yoxlayır. Bu vərdişləri yoxlamağın ən yaxşı üsulu sizin ingilis dilində nə dərəcədə yaxşı danışmağınızı göstərmək, digər insanlarla ünsiyyət etmək və öz fikrini söyləmək üçün eyni qabiliyyət səviyyəli test iştirakçılarını birləşdirməkdir.

Test nə qədər müddətdə davam edir?
IELTS Life Skills üçün sizə testi vermək üçün bir qısa sessiyadan keçmək zəruridir. Hər bir səviyyə üçün sizə icazə verilən müddət:

  • IELTS Life Skills - A1 Danışıq nitqi və Dinləmə

16 – 18 dəqiqə

  • IELTS Life Skills - B1 Danışıq nitqi və Dinləmə

22 dəqiqə.

Pulsuz dəstək materialları

Hər səviyyə üçün ən yaxın zamanda sənədlərin iki pulsuz nümunəsi əlçatan olacaqdır.

Sınaqların tarixləri

IELTS Life Skills üçün test tarixləri  
Test üçün uyğun tarix tapmaq üçün və IELTS Life Skills testinə qeydiyyata düşmək üçün zəhmət olmasa Testdən keçmə Tarixlərinin Səhifələrini ziyarət edin.

Nəticələr

IELTS Life Skills  testlərinin nəticələri  
Testlərin nəticələri adətən sizin testdən keçməyinizdən sonra yeddi (7) gün ərzində məlum olacaq.
Siz aşağıdakı iki nəticədən birini qazanacaqsınız:

  • Verilmişdir
  • Verilməmişdir

Verilməmişdir nəticəsi onu bildirir ki, siz uğur qazana bilməmisiniz, sizing testiniz vizaya dair ərizə vermək üçün istifadə edilə bilməz.