• Test haqqında
  • Qeydiyyat
  • Testin verilməsi
  • Nəticələr

IELTS – bütün dünyada ingilis dilini biliyini qiymətləndirən Beynəlxalq İngilis Dili Test Sistemidir. IELTS ingilis dilini biliyinin qiymətləndirilməsi üzrə ən məşhur testdir, bütün dünyada 2010-cu il ərzində 1,5 milyon test keçirmişdir.

IELTS bütün dünyada 6 000-dən çox təşkila tərəfindən tanınmışdır. Onlara universitetlər,  miqrasiya departamentləri, hökümət və akademik təşkilatlar və çoxmillətli şirkətlər aid edilir. IELTS nəticələrini tanıyan şirkətlərin siyahısını almaq üçün bu istinada daxil olun: IELTS Global Recognition System.

IELTS IDP rəhbərliyi altındadır: IELTS Аvstraliya, British Council və Кеmbric Universiteti ESOL İmtahanlar (Кеmbric ESOL) və dünyanın 130-dan çox ölkəsində yerləşən 800 test mərkəzlərində öz xidmətlərini  təqdim edir. IELTS test materialları beynəlxalq test tərtibatçıları komandası tərəfindən hazırlanır. Hazırda aparılan tədqiqatlar zəmanət verir ki,  IELTS testləri vicdanla və obyektiv şəkildə aparılır. Müxtəlif ingilis dilli ölkələrdən olan  test tərtibatçıları IELTS məzmununu elə işləyib hazırlayırlar ki, o real həyat situasiyalarını əks etdirsin.

IELTS testin 2 versiyası mövcuddur – Academic (Аkаdеmik) və General (Ümumi) modullar. Аkаdеmik modul ingilis dilli ölkədə ali təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Ümumi modul ingilis dilli ölkədə təcrübə keçmək və ya treninq proqramlarını ziyarət etmək istəyənlər üçün və ya ingilis dilli ölkəyə mühacirətə getmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Bütün namizədlər eyni Listening (Dinləmə) və Speaking (Danışıq nitqi) testi, lakin müxtəlif  Reading (Oxu) vəWriting (Yazı) testi verir.

Testlərin Akademik və Ümumi modullarının izahını oxuyun, sonra ərizə verəcəyiniz institute bu institutda hansı modulun tələb olunduğu haqqında məlumat almaq üçün müraciət edin. Sizə  IELTS Application Form ərizəsinin doldurulduğu anda hansı modulu verəcəyiniz barədə bilmək lazımdır (PDF, 273KB).

IELTS dörd bölmədən ibarətdir – Listening (30 dəqiqə), Reading (60 dəqiqə), Writing (60 dəqiqə) və Speaking (11–14 dəqiqə). Testin ümumi müddəti 2 saat 45 dəqiqə təşkil edir. Listening, Readingи Writingтесты bir dəfəyə verilir. Speaking testi həm həmin gün aparıla bilər, həm də testin qalan hissəsinin aparılmasından yeddi gün əvvəl və ya sonra aparıla bilər. Əlavə məlumat almaq üçün müraciət edin və Test nümunəsinə baxın.

IELTS Rəsmi Praktik Maerialları Testin formatını ətraflı təsvir edir və sizə cavablarla sınaq testləri verir. Siz Rəsmi Praktik Maerialları bir neçə metodla sifariş verə bilərsiniz:

Test mərkəzi əmək qabiliyyəti olmayan namizədlərin xüsusi ehtiyaclarını maksimum nəzərə alır. Bizim məqsədilmiz bütün namizədlərin obyektiv və vicdanla qiymətləndirilməsidir. Əgər sizin xüsusi tələbatınız varsa, bu barədə qeydiyyat zamanı bizim test mərkəzini xəbərdar edin. Təşkil edilməsi üçün üç aya qədər müddət tələb edilə bilər. Ətraflı…

Siz  IELTS testi bütün dünyada 500-dən çox mərkəzdə verə bilərsiniz. IELTS Worldwide Search əsasən axtarmaqla sizin üçün ən yaxın mərkəz tapın. IELTS test mərkəzlərinin işçi personalı sizə həmişə qeydiyyat prosesindən keçməyə kömək etmək üçün hazırdır

IELTS Теsti il ərzində 48 müəyyən edilmiş tarixlərdə, yerli mərkəzin tələblərindən asılı olaarq ayda maksimum dörd dəfə vermək olar. Cari ildə Test tarixləri haqqında siz Availability of tests axtarmaqla ətraflı məlumat ala bilərsiniz  və ya növbəti testin tarixi haqqında məlumat almaq üçün bizim Mərkəzə müraciət edə bilərsiniz.

IELTS Testin müəyyən edimiş dəyərinə malikdir. Akademik və Ümumi Modullar üzrə testin dəyəri eynidir. Testə görə ödənişin yerli valyuta ilə məbləğini öyrənmək üçün ən yaxın Mərkəz axtarışı üçün IELTS Worldwide Search müraciət edin.

  • Bizim IELTS Mərkəzi tapın və onlardan iki uyğun olanını seçmək üçün tarixləri yoxlayın. Hər test üçün son qeydiyyat tarixinə diqqət edin. (Həmçinin sizо IELTS Worldwide Search müraciət etməklə yerli valyuta ilə ödənişin məbləği haqqında məlumat ala bilərsiniz).
  • Sizin təşkilatda və ya Global Recognition System vasitəsilə hansı Modulu (Akademik və ya Ümumi) verəcəyiniz barədə məlumat almaq.
  • IELTS Application Form (PDF, 273KB) çap edin və ya onu bizim yerli Test Mərkəzində əldə edin. Namizədlər üçün məlumatı, şərtləri və tələbləri oxuyun, formanı doldurun və imzalayın. Zəhmət olmasa, həqiqi poçt ünvanını göstərin və adınızı pasportunuzda olduğu kimi yazın.
  • İki eyni, 6 aydan çox olmayan müddət əvvəl çəkilmiş rəngli pasport fotoşəklinizi hazırlayın və onların hər birinin arxasında imza edin. Eynəkdə şəkil çəkdirmək qadağandır. Pasportunuzun surətini çıxardın – o etibarlılıq müddəti bitməmiş və gecikmiş olmamaldır (bəzi mərkəzlər həmçinin yerli şəxsiyyət vəsiqəsi də qəbul edirlər).
  • Əgər siz nəticələrinizin avtomatik olaraq universitetə və ya təhsil müəssisəsinə gndərilməsini istəyirsinizsə, IELTS Application Form müvafiq bölməsində dəqiq məlumatları göstərin.
  • Doldurulmuş qeydiyyat formasını ödənişlə birlikdə bizim IELTS Test Mərkəzinə aparın. Əgər siz onu poçtla göndərirsinizsə, ödənişin həyata keçirilmə metodunu Mərkəzlə razılaşdırın.
  • Siz qeydiyyata düşdükdən sonra Test Mərkəzi sizin IELTS Testin vermə tarixinizi, yeri və vaxtı təsdiq edəcək. Sizdən xahiş edirik ki, nəzərə alasnız ki, Speaking Теst göstərilən tarixdən yeddi gün tez və ya gec aparıla bilər.
  • Test günü siz özünüzlə nömrəsini Qeydiyyat Formasına daxil etdiyiniz pasport və ya şəxsiyyət vəsiqəsini gətirməlisiniz.

IELTS testə dair ərizənin verilməsi üçün Sizə iki 6 aydan çox olmayan müddət əvvəl çəkilmiş rəngli pasport fotoşəklinizi hazırlayın və onların hər birinin arxasında imza edin. Həmçinin hər fotoşəklin arxasında imza etmək zəruridir. Qeydiyyat üçün eynəkdə şəkil çəkdirmək qadağandır.  

Əgər siz öz ərizənizi Test tarixinə qədər beş həftə əvvəl başqa tarixə keçirisinizsə və ya ləğv edirsinizsə, o zaman siz həyata keçirdiyiniz ödəniş məbləğini inzibati xərclər çıxılmaqla geri alırsınız.

Əgər siz öz ərizənizi Test tarixinə qədər 5 həftə ərzində başqa tarixə keçirisinizsə və ya ləğv edirsinizsə, o zaman həyata keçirilmiş ödəniş məbləğ geri qaytarılmır, ləğvetmənin tibbi əsası olduğu hallar istisna olmaqla. Əgər siz Test tarixinə qədər beş həftə ərzində tibbi arayış təqdim edirsinizsə, o zaman siz həyata keçirdiyiniz ödəniş məbləğini inzibati xərclər çıxılmaqla geri alırsınız. 

Əgər siz Test günü əvvəlcədən xəbərdarlıq etmədən iştirak etməsəniz, ödənilmiş məbləğ Sizə qaytarılmır. Lakin əgər siz 5 gün ərzində tibbi arayış təqdim edirsinizsə, o zaman siz həyata keçirdiyiniz ödəniş məbləğini inzibati xərclər çıxılmaqla geri alırsınız.

Listening, Reading və Writing Теstlər həmişə eyni gündə bir – birinin ardınca verilir. Test Mərkəzinin şərtlərindən asılı olaraq Speaking Testi Test tarixindən yeddi gün tez və ya gec verilə bilər.

Test Mərkəzi Sizə növbəti Test tarixlərində imtahan verməyi təklif edə bilər.

Yalnız qələm, karandaş və pozan. Siz Qeydiyyat Formasında nömrəsini göstərdiyiniz pasportu / şəxsiyyət vəsiqəsini gətirməlisiniz.

Bütün qalan əşyaları isə imtahan otağının hüdudlarından kənarda qoymalısınız. Mobil telefonlar və peycerlər söndürülməli və qalan digər şəxsi əşyalarla birlikdə onlar üçün ayrılmış yerdə qoyulmalıdır. Əgər siz mobil telefonu / peyceri söndürürsünüzsə və ya özünüzdə saxlayırsınızsa, siz diskalifikasiya edilirsiniz. Testin verildiyi gün haqqında daha ətraflı burada.

Siz əvvəlcə Listening (Dinləmə) Testini verirsiniz, sonra Reading (Oxu) və Writing (Yazı) Testini. Test Mərkəzinin şərtlərindən asılı olaraq Speaking Testi (Danışıq nitqi) Test tarixindən yeddi gün tez və ya gec verilə bilər.

IELTS beynəlxalq imtahan olduğuna görə ingilis dilinin ləhcə müxtəlifliyi hər iki testdə istifadə edilir.

Bəli. Əvvəlcə siz təlimatlar və sual nümunələri eşidəcəksiniz. Sonra siz I Hissənin sualları oxuyursunuz, I Hissəni dinləyirsiniz, sonra isə suallara cavab verirsiniz.

Siz 2, 3 və 4 Hissələr üzrə tapşırıqları necə yerinə yetirirsiniz.
Son 10 dəqiqəni siz öz cavablarınızı cavab kartına köçürürsünüz.

Xeyr. Reading test br saat çəkir və siz bu vaxt ərzində öz cavablarınızı cavab kartına köçürməlisiniz.

Xeyr. Bütün qeydlər karandaşla edilməlidir. Cavab kartı mürəkkəbi oxuya bilməyən kompüter vasitəsilə skan edilir.

Bəli. IELTS İmtahan götürən sizin sual kitabçanızı görməyəcək.

Speaking test namizəd və sertifikatlaşdırılmış IELTS İmtahan götürən arasında söhbət formasında aparılır. Speaking test üç hissədən ibarətdir. О audiokasetə və ya rəqəmsal qeyd cihazına yazılır.

Siz IELTS Qeydiyyat Formasında göstərdiyiniz və imtahanın digər hissəsində təqdim etdiyiniz sənədləri gətirməlisiniz. Müsahibə vermək üçün otağa keçməzdən əvvəl sizin ID yoxlanılacaq.

IELTS testinin nəticələrinin hesablanması üçün doqquz ballıq qiymətləndirmə sistemi istifadə edilir. Siz Listening, Reading, Writing və Speaking etsti üzrə fərdi ballar alacaqsınız, həmçinin 1-dən 9 qədər Ümumi bal alacaqsınız

IELTS Теstlərində imtahanı “vermişdir” və ya “verməmişdir” anlayışları mövcud deyil. Qiymətləndirmə doqquz ballıq sistemlə aparılır. Hər təhsil müəssisəsi və ya təşkilatı öz xüsusi IELTS balı səviyyəsini müəyyən edir, o fərdi tələblərə uyğun olacaq. Müxtəlif təşkilatlar tərəfindən tələb edilən ballar haqqında məlumatı siz IELTS Global Recognition System tapa bilərsiniz. 

Sizin Test Nəticələrinizin Forması Testin verilməsi tarixindən 13 təqvim günü sonra divardan asılacaq. Test Mərkəzi testlərin nəticələrini divardan asmaqla yanaşı, sizə TNF (TRF) surətini göndərir, onu siz özünüzdə saxlamalısınız. Bəzi Test Mərkəzləri həmçinin SMS bildiriş və nəticələrin online yoxlanması xidməti də göstərir. Daha ətraflı məlumat üçün sizin yerli Test Mərkəzi ilə əlaqə saxlayın.

Sizə sizin TNF bir (1) surəti veriləcək. Maksimum beş (5) surət sizin Qeydiyyat Formasında qeyd etdiyiniz müvafiq institutlara göndərilə bilər. Çatdırılma adətən pulsuz həyata keçirilir. Kuryer və xarici göndərişlərə görə xərcləri namizədlər ödəyir. Göstərilən beş surətlə yanaşı, əlavə surətlər üçün sorğu THF buraxan Test Mərkəzə göndərilməlidir. Nəzərə alın ki, əlavə TNF görə inzibati ödənişin daxil edilməsi tələb oluna bilər. Əgər siz TNF itirərsinizsə, sizə TNF verən Test Mərkəzi ilə əlaqə saxlayın.

Siz özünüz IELTS test mərkəzinə yaxınlaşa və testlərin Nəticələrinin Formasını (TNF) ala bilmədiyiniz təqdirdə biz sizə  TRF Authorization Form formasını doldurmaq imkanı veririk, bu forma ikinci şəxsə onu sizin əvəzinizə götürmək səlahiyyəti verəcək.

Əgər sizin Test verdiyiniz Test Mərkəzi bağlaanarsa, biz yenə də sizin Test Nəticələrinin Formasının surətini Testin verilməsindən ilk iki il sonra Alan Təşkilata göndərə bilərik. Sizin Test Mərkəzinin bu vaxta qədər fəaliyyət göstərməsi və ya göstərməəməsi barədə məlumatı siz IELTS  Worldwide Search köməyi ilə yoxlaya bilərsiniz.

Test Nəticələrinin Formasını tələb etmək üçün sizə lazım olacaq:

  • Application for additional TRFs (from closed centres) form doldurmaq (PDF, 570 KB). Öz ad və soyadınızı dəqiq, şəxsiyyət vəsiqəsində göstərildiyi kimi daxil etmək çox vacibdir.
  • Formanın doldurulmasından sonra formanın sonunda “Təsdiq etmək” düyməsini basın.
  • Təsdiq etdikdən sonra imtahan verdiyiniz zamanı təqdim etdiyiniz pasportun və ya şəxsiyyət vəsiqəsinin surətini əlavə edilən faylla göndərin.

Testin Nəticələrinin Forması yalnız Alan Təşkilatlara göndərilə bilər. Əlavə surətlər namizədlərə, onların ailələrinə və ya dostlarına göndərilmir.

Bu xidmət ödəniş tələb etmir.

IELTS testlərin verilməsində limit yoxdur. Lakin IELTS sizə təkrar Test verməzdən əvəl əlavə kurs keçməyi tövsiyə edir. Bəzi Test Mərkəzləri hazırlıq kurslarının və dil siniflərinin keçirilməsini təklif edirlər. Həmçinin siz öz vərdişlərinizi Official IELTS Practice Materials istifadə etməklə təkmilləşdirə bilərsiniz.

Siz Testin aparılması tarixindən altı həftə ərzində sizin Test mərkəzində Enquiry on Results proseduruna müraciət edə bilərsiniz. Təkrar yoxlamaya görə siz əlavə ödəniş daxil etməlisiniz, əgər təkrar yoxlamadan sonra Testin balları dəyişərsə, bu ödəniş tamamilə sizə geri qaytarılacaq. Xahiş edirik nəzərə alasınız ki, IELTS İmtahan götürənləri ciddi qiymətləndirmə təlimatlarna əməl edirlər. IELTS Testin aparılma prosesi ən yüksək keyfiyyətli nəzarət prosedurundan keçir.