• IELTS Haqqında
  • Niyə IELTS
  • IELTS Testlərin Prosesi
  • IELTS Ballarının izahı
  • IELTS formaları

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir

IELTS dilin qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartlarını ifadə edir. Bu test dörd dil bacarığını yoxlayır – dinləmə, oxuma, yazı və danışıq. IELTS təhsil, immiqrasiya və peşəkar akkreditasiya zamanı ingilis dilində ünsiyyət bacarığını yoxlayan etibarlı və qüvvədə olan testdir.

Namizədlər bu imtahanı dünyanın hər tərəfində 900-dən artıq test mərkəzində verə bilərlər. Bu qlobal test keyfiyyət nəzarətinin ən yüksək səviyyəsinə malikdir.

Daha çox məlumat üçün Test format and results bölməsinə baxa və ya IELTS Guide for Insitutions and Organisations faylını yükləyə bilərsiniz. (PDF, 586KB).

IELTS ingilis dili testləri arasında aparıcı mövqeyə malikdir. IELTS-in effektivliyi 1989-cu ildən bəri sübut olunmuşdur. IELTS testinin dizaynı təkmilləşmiş linqvistika, dil pedaqogikası, dilin qiymətləndirilməsi və texnologiyada ən son  irəliləyişləri özündə birləşdirir.

Bütün bu mütərəqqi dəyişikliklərlə birlikdə, IELTS hər dörd dil bacarığının (oxuma, yazı, dinləmə və danışıq) yoxlanmasına sadiq qalmışdır və bu testlərə üz-üzə danışıq komponenti də daxildir. Bu, IELTS-i digər ingilis dili testlərindən ayıran bir xüsusiyyətdir.

IELTS – innovasiya tarixçəsi

IELTS-in sələfi 1980-ci ildə yaradılmış English Language Testing Service (ELTS) olmuşdur. Bu testin innovativ formatı dil öyrənmə və tədris nəzəriyyəsində olan dəyişiklikləri və dilin yoxlanılmasında olan inkişafı əks etdirirdi. Məsələn, “kommunikativ” dil öyrənmənin artması və “spesifik məqsədlər üçün ingilis dili” ELTS-in formatına təsir etmişdi. Test tapşırıqları dilin akademik kontekstdə istifadəsi formasına əsaslanırdı və dilin real həyatda istifadəsini əks etdirməsi niyyəti ilə hazırlanmışdı.  

British Council və UCLES EFL (indi Cambridge ESOL kimi tanınır) tərəfindən davam edən araşdırma və təkmilləşdirmə işləri test sisteminin yenilənməsi və indi IDP Education Australia kimi tanınan Avstraliya universitetlərinin və kolleclərinin IDP (International Development Program) proqramının da  cəlb olunması ilə beynəlxalq iştirakın genişlənməsinə gətirib çıxardı.

IELTS 1989 – 25 illik standartların müəyyənləşməsi dövrü

IELTS (International English Language Testing System) 1989-cu ildə fəaliyyətə başlamışdır. Bu tarixdən etibarən IELTS namizədləri iki ixtisaslaşmamış modulda – Listening və Speaking, və iki ixtisaslaşmış modulda – Reading və Writing – imtahan verməyə başladılar.

Testə əlavə dəyişiklik və düzəlişlər 1995-ci ilin aprel ayında olmuşdu. Bununla belə, IELTS partnyorları testi təkmilləşdirmə prosesini davam etdirdilər. Yenilənmiş IELTS Speaking Testi 2001-ci il iyul ayında təqdim olundu. Writing Testi üçün yeni qiymətləndirmə meyarları 2005-ci il yanvar ayında tətbiq edilməyə başladı. IELTS testinin kompüterləşdirilmiş versiyası da 2005-ci ildə bir sıra IELTS mərkəzlərində təqdim olundu. Bütün bu layihələr haqqında məlumatı IELTS Annual Review və Cambridge ESOL-un rüblük nəşrlərində – Research Notes – tapa bilərsiniz.

Hazırki test 1980-ci illər ELTS testinin bir çox xüsusiyyətlərini saxlayır. Məsələn, yazılı imtahanlarda (Reading və Listening) mətnin əhatəliliyinə xüsusi əhəmiyyət verilməsi, performansın üzbəüz Speaking testi vasitəsilə birbaşa yoxlanılması, və  Writing testində esse və məruzə formatından istifadə edilməsi. 

Davam edən araşdırma və təkmilləşdirmə

Beynəlxalq yazıçı komandaları IELTS test materiallarına öz töhfələrini verirlər. Davam edən araşdırmalar IELTS-in düzgün və  ədalətli olaraq qalmasını – imtahanın nə vaxt və harada götürülməsindən asılı olmayaraq – və IELTS-in millətlər arası müxtəlifliyə hörmət etməsini, həvəsləndirməsini və bunu əks etdirməsini, millətindən, təhsilindən, cinsindən və həyat tərzindən asılı olmayaraq imtahan verən hər kəsə eyni şəkildə ədalətlə davranılmasını təmin edir.

Test materiallarının istehsalı prosesinin ciddiliyi hər bir test versiyasının eyni çətinlikdə olmasını təmin edir ki, bu da testin harada və nə vaxt verilməsindən asılı olmayaraq namizədlərin nəticələrinin müqayisə olunmasının düzgünlüyünə təminat verir.

Bugünkü IELTS-in bu və başqa üstünlükləri bizim onilliklərlə davam edən ingilis dilinin yoxlanılması üzrə təcrübəmizə əsaslanır.

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir və dünyanın ən populyar İngilis dili testidir.

IELTS: British Council, IDP: IELTS Australiavə Cambridge English Language Assessment tərəfindən birgə idarə olunur və 130-dan çox ölkədə 900-dən çox test mərkəzi vasitəsilə çatdırılır.

IELTS dörd dil bacarığına (dinləmə, oxuma, yazı və danışıq) əsaslanan ingilis dili testlərinin təşəbbüskarı olmuşdur və bu gün də ingilis dili testləri üçün standartları təyin etməyə davam edir. Dünyanın hər tərəfində 9000 təşkilat və 2.2 milyondan çox namizəd təhsil, immiqrasiya və peşəkar qeydiyyat məqsədləri ilə ingilis dilində ünsiyyət bacarığının etibarlı göstəricisi kimi IELTS-i tanıyır və etibar edir.

IELTS testi ünsiyyət dili ingiliscə olan bir ölkədə təhsil alan və ya işləyən namizədlərin dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir. Bu, Avstraliya, Kanada, Yeni Zelandiya, Birləşmiş Krallıq və ABŞ-da təhsil almaq istəyən tələbələrin üstünlük verdikləri bir testdir.

IELTS Academic tədrisin ingilis dilində həyata keçirildiyi bir çox ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qoyulan dil tələbi kimi qəbul olunmuşdur. IELTS General Training  ingilis dilli ölkəyə miqrasiya edən və ya orta təhsilini tamamlamaq və ya təlim proqramında iştirak etmək üçün ingilis dilli ölkəyə getməyə hazırlaşan şəxslər üçün münasibdir.

İmtahan günündə olan prosedurlar:

  1. Siz müraciət formasını təqdim etdikdən sonra imtahan tarixiniz təsdiqlənəcək və sizin qəbzinizin üzərində çap ediləcək.
  2. İmtahan mərkəzinin yerini dəqiqləşdirin.
  3. Test mərkəzinə saat 8:00 radələrində gəlin. İmtahan günü namizədlərin qeydiyyatı saat 8:45-də başa çatır. Gecikənlər bu vaxtdan sonra imtahan otağına buraxılmayacaqlar.
  4. Şəxsiyyətinizi təsdiqləyən sənədi özünüzlə gətirin. İmtahan tarixində sənədinizin vaxtı bitməmiş olmalıdır. Şəxsiyyətinizi təsdiq edən sənədiniz olmasa (və ya sənədiniz qüvvədə olmasa), imtahanda iştirak edə bilməyəcəksiniz. IELTS imtahanı üçün qeydiyyatdan keçdikdən sonra yeni sənəd almısınızsa, imtahan günündə sizin haqqınızda yeni məlumata malik olmağımız üçün həmin sənədi imtahan tarixindən 3 gün əvvəldən gec olmayaraq ofisimizə təqdim etməlisiniz.
  5. İmtahan otağına mobil telefon, peycer, elektronik cihazlar, qələm və s. əşyalar gətirməməlisiniz. Şəxsi əşyalarınızı qoya biləcəyiniz xüsusi otaq olacaqdır. Öz əşyalarınızı qoymaq üçün rahat tanına bilən bir çanta gətirməyi unutmayın.
  6. Əgər hər hansı bir qaydanı pozduğunuz aşkar edilərsə, imtahan nəticəniz etibarsız sayılacaqdır. Bu qaydalara imtahan ərzində digər bir namizədə bir şey vermək və ya almaq, digər namizədin vərəqinə baxmağa və ya köçürməyə cəhd etmək, digər namizədlə danışmaq və ya onu narahat etmək, imtahanda istifadə edilən materialların yerini dəyişdirmək və s. daxildir.
  7. İmtahanın nəticələri imtahan tarixindən 13 gün sonra məlum olacaq.
  8. İmtahanın nəticəsini yalnız GRBS®-dən şəxsən götürmək olar. Bunun üçün şəxsiyyətinizi təsdiq edən sənədi göstərməli və nəticənizi götürdüyünüzü təsdiq etmək üçün imzanızı qoymalısınız. Siz həmçinin öz IELTS nəticənizi online öyrənə bilərsiniz.
  9. Şəxsən gəlib götürülməmiş imtahan nəticələri imtahan tarixindən sonra üç həftə ərzində müraciət formasında qeyd olunmuş ünvana göndəriləcəkdir.

Əlavə məlumat üçün IELTS Information for Candidates kitabçasına baxın.

“IELTS Scores Explained DVD” IELTS ballarının nə məna ifadə etdikləri barədə məlumat vermək üçün hazırlanmışdır. Bu, xüsusilə akademik kursa qəbul, işəgötürmə və ya miqrasiya məqsədi ilə münasib ingilis dili bacarığı standartı müəyyən etmək istəyən təşkilatlar üçün nəzərdə tutulub. 

Kompleks DVD həm kompüterdə, həm də televizora qoşulmuş vasitələrlə (DVD-pleyer və s.) istifadə etmək üçün hazırlanıb.

Avstraliya Dolları ilə sifariş edin

Britaniya Poundu ilə sifariş edin

Windows üçün minimal tələblər

  • Windows 2000/XP və ya Vista
  • Pentium 350Mhz və ya daha sürətli prosessor
  • 128MB RAM və ya daha çox
  • DVD drive və audio imkanlar

Apple Mac üçün minimal tələblər

  • Mac OS OSX v10.5
  • PowerPC prosessor 400Mhz G3 prosessor və ya daha sürətli
  • 128MB RAM və ya daha çox
  • DVD drive və audio imkanlar

Mütləq formalar
Aşağıdakı formalar ərizə verilən vaxtı tələb olunurlar:

Əlavə formalar
Aşağıdakı formalar məcburi deyil, lakin bəzi hallarda tələb oluna bilər. Əlavə məlumat üçün müvafiq səhifələrə müraciət edə bilərsiniz.