Test Centre No. AZ010
 

IELTS testi haqqında

IELTS nədir?
IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir və bütün dünyada ingilis dili bacarığını yoxlamaq üçün istifadə olunur.  2010-cu ildə bütün dünyada 1.5 milyon test keçirən IELTS dünyanın ən populyar ingilis dili testidir.


Hansı təşkilatlar IELTS-i qəbul edir?
IELTS bütün dünyada 6000-dən çox təşkilat tərəfindən qəbul edilir. Bunlara  universitetlər, immiqrasiya departamentləri, dövlət agentlikləri, peşəkar qurumlar və çoxmillətli şirkətlər daxildir. IELTS-i qəbul edən təşkilatları axtarmaq üçün IELTS Global Recognition (IELTS Qlobal Tanınma) Sistemindən istifadə edin.

IELTS kim tərəfindən idarə olunur və testləri kim tərtib edir?
IELTS IDP: IELTS Australia, British CouncilKembric Universiteti ESOL İmtahanları (Kembric ESOL) tərəfindən birgə idarə olunur və 130-dan çox ölkədə 800-dən çox test mərkəzi vasitəsilə çatdırılır.

Beynəlxalq yazıçı komandaları IELTS test materiallarına öz töhfələrini verirlər. Davamlı araşdırmalar IELTS-in daim düzgün və  ədalətli olaraq qalmasını təmin edir. Müxtəlif ingilis dilli ölkələrdən olan test müəllifləri IELTS məzmununu hazırlayır və inkişaf etdirirlər, beləliklə də testlər real həyat situasiyalarını əks etdirir.

Testin nə üçün iki versiyası var?
IELTS testinin iki versiyası var – AcademicGeneral Training.  Academic test ingilis dilli ölkədə üçüncü pillədə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. General Training test ingilis dilli ölkədə iş təcrübəsi və ya təlim proqramı keçmək, orta məktəbdə təhsil almaq və ya miqrasiya etməkistəyən şəxslər üçün nəzərdə tutulub. Bütün namizədlər eyni ListeningSpeaking testindən keçir, lakin ReadingWriting testləri müxtəlif olur.

Mən hansı versiyanı seçməliyəm?
AcademicGeneral Training testlərinin izahatını oxuyun, sonra isə müraciət etmək istədiyiniz təşkilatla əlaqə saxlayıb, onların hansı testi tələb etdiklərini öyrənin. Nəzərə alın ki, IELTS Application Form doldurduğunuz zaman siz hansı testi verəcəyinizi göstərməlisiniz. (PDF, 273KB).

Testin formatı necədir və nə qədər davam edir?
IELTS dörd hissədən ibarətdir – Listening (30 dəqiqə), Reading (60 dəqiqə), Writing (60 dəqiqə) və Speaking (11–14 dəqiqə). Cəmi vaxt 2 saat 45 dəqiqə edir. Listening, Reading və Writing testləri bir dəfədə verilir. Speaking testi isə eyni gündə və ya imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra verilə bilər. Daha çox məlumat və test nümunəsi üçün bu linki izləyin.

Mən test üçün necə hazırlaşa və məşq edə bilərəm?

IELTS üçün rəsmi praktiki materiallar testin formatını təfsilatı ilə izah edir və məşq üçün testlər və onların cavablarını təmin edir. Siz IELTS üçün rəsmi praktiki materialları aşağıdakı üsullardan biri ilə sifariş edə bilərsiniz:

Əlilliyi olan namizədlər üçün hansı yardımlar təklif olunur?
Test mərkəzləri əlilliyi olan namizədlərin xüsusi ehtiyaclarını qarşılamaq üçün mümkün olan hər yardımı təklif edirlər. Əgər sizin xüsusi ehtiyacınız varsa, qeydiyyatdan keçərkən test mərkəzimizlə danışın. Test mərkəzinin lazımi şərtləri təmin etmək üçün üç ay vaxta ehtiyacı ola bilər. Daha ətraflı məlumat üçün bu linki izləyin.

 

Test üçün qeydiyyat

Mən IELTS testini harada verə bilərəm?
Siz IELTS testini dünyanın 500-dən bir çox yerində verə bilərsiniz. Sizə ən yaxın olan test mərkəzini sistemində axtarın. IELTS test mərkəzlərinin mehriban və kömək etməyi sevən heyəti qeydiyyat prosesində sizə kömək edəcək.

Mən IELTS testini nə vaxt verə bilərəm?
IELTS testini ildə 48 sabit tarixdə vermək olar – yerli tələbdən asılı olaraq ayda dörd dəfəyə qədər. İllik bütün test tarixlərinə baxın və ya növbəti test tarixini öyrənmək üçün sizə ən yaxın olan test mərkəzinə müraciət edin. 

Testin qiyməti nə qədərdir?
IELTS testinin müəyyən edilmiş qiyməti vardır. AcademicGeneral Training testlərinin qiyməti eynidir. Öz yerli valyutanızla olan test qiymətini öyrənmək üçün IELTS Worldwide Search (IELTS Qlobal Axtarış) sistemində sizə ən yaxın olan test mərkəzini tapın.

 

Test üçün qeydiyyatdan necə keçə bilərəm?

  • Bizim IELTS test mərkəzini tapın və sizə uyğun olan iki test tarixini seçin. Hər bir test tarixi üçün qeydiyyatdan keçmənin son tarixinə diqqət yetirin. (Siz həmçinin IELTS Worldwide Search sistemində öz test mərkəzinizdə yerli valyutanızla testin qiymətini də görə bilərsiniz.)
  • Öz təşkilatınızla və ya IELTS Global Recognition sistemində  Academic, yoxsa General Training testi verməli olduğunuzu müəyyən edin. 
  • IELTS Application Form (PDF, 273KB) çap edin və ya onun nüsxəsini öz yerli test mərkəzinizdən istəyin.Namizədlər üçün məlumatı və şərtləri oxuyun, formanı doldurun və imzalayın. Xahiş olunur ki, doğru poçt ünvanı göstərdiyinizdən və şəxsiyyət vəsiqənizdə olan addan istifadə etdiyinizdən əmin olun.
  • Altı aydan köhnə olmayan pasport ölçüsündə, iki eyni rəngli şəkil götürün və arxa tərəflərini imzalayın. Şəkildə eynəkdə olmamalısınız. Şəxsiyyətinizi təsdiq edən sənədin surətini çıxarın – sənədin vaxtı bitməmiş olmalıdır.
  • Əgər siz öz nəticələrinizin birbaşa olaraq universitet və ya təhsil müəssisəsinə göndərilməsini istəyirsinizsə, müraciət formasının müvafiq bölməsində həmin müəssisə haqqında dəqiq məlumatları qeyd edin. 
  • Müraciət formasını pulla birlikdə IELTS  test mərkəzinə aparın. Əgər siz onu poçtla göndərirsinizsə, öz test mərkəzinizlə ödəniş metodu haqqında danışın.
  • Namizəd qeydiyyatdan keçdikdən sonra test mərkəzi onun IELTS imtahan tarixini, vaxtını və yerini təsdiqləyəcək. Nəzərə alın ki, Speaking testi imtahandan 7 günə qədər əvvəl və  ya sonra ola bilər.
  • İmtahan günündə siz müraciət formasında göstərdiyiniz şəxsiyyətinizi təsdiq edən sənədi özünüzlə gətirməlisiniz.

IELTS testi üçün müraciət edərkən mən necə şəkil təqdim etməliyəm?

IELTS testi üçün müraciət edərkən siz  altı aydan köhnə olmayan pasport ölçüsündə, iki eyni rəngli şəkil təqdim etməlisiniz. Hər bir şəklin arxa üzünü imzalamalısınız. Şəkildə eynəkdə olmamalısınız.

Müraciətimi təxirə salmaq və ya ləğv etmək üçün mən nə etməliyəm?
Əgər siz müraciətinizi imtahan tarixinə 5 həftədən çox vaxt qalarkən təxirə salsanız və ya ləğv etsəniz, siz inzibati xərc tutulmaqla ödənişinizi geri alacaqsınız.

Əgər siz müraciətinizi imtahan tarixinə 5 həftədən az təxirə salsanız və ya ləğv etsəniz, tibbi səbəbiniz olmadığı təqdirdə ödənişiniz geri qaytarılmayacaqdır. Əgər siz imtahan tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsəniz, siz inzibati xərc tutulmaqla ödənişinizi geri alacaqsınız.

Test tarixində xəstə olsam və ya gələ bilməsəm, nə etməliyəm?
Əgər siz əvvəlcədən xəbər vermədən testə gəlməsəniz, bütün imtahan ödənişini itirəcəksiniz. Hərçənd, əgər siz imtahan tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsəniz, inzibati xərc tutulmaqla ödənişinizi geri alacaqsınız.

 

Testdə iştirak etmə

IELTS testi bir gündə tamamlanır?
Testin Listening, ReadingWriting komponentləri həmişə dərhal bir birinin ardınca və fasilə olmadan tamamlanır. Test mərkəzindən asılı olaraq, Speaking testi imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra ola bilər.  

Əgər məndən asılı olmayan səbəblərdən (məs., nəqliyyat problemi) imtahana gecikmişəmsə, nə etməliyəm?

Test mərkəzi sizə növbəti test tarixində imtahan verməyi təklif edə bilər.

İmtahan otağına nə gətirə bilərəm?
Yalnız qələm, karandaş və pozan. Siz IELTS Application Form-da göstərdiyiniz şəxsiyyətinizi təsdiq edən sənədi imtahana gətirməlisiniz.
Yerdə qalan əşyaları imtahan otağından kənarda qoymalısınız. Mobil telefon və peycerlər söndürülməli və supervayzer tərəfindən təyin edilmiş yerdə şəxsi əşyalarla birlikdə qoyulmalıdır. Əgər siz telefonunuzu söndürməsəniz və ya üzərinizdə saxlasanız, sizin nəticələriniz ləğv olunacaq. Test günü haqqında ətraflı məlumat burada.


İlk olaraq testin hansı hissəsini verəcəyəm?
İlk olaraq siz Listening testini, daha sonra isə testin ReadingWriting komponentlərini verəcəksiniz. Test mərkəzindən asılı olaraq,  Speaking testi imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra ola bilər.  

ListeningSpeaking testində hansı ləhcələri eşitmək mümkündür?
IELTS beynəlxalq test olduğu üçün bu testlərin hər ikisində müxtəlif ingilis dili ləhcələrindən istifadə edilir.

Listening  testində təlimatlar və pauzalar olurmu?
Bəli. Testin əvvəlində siz təlimatları və nümunə üçün bir sual eşidəcəksiniz. Sonra siz 1-ci bölmənin suallarını oxumalı, 1-ci bölməni dinləməli və suallara cavab verməlisiniz.
2-ci, 3-cü və 4-cü bölmələrdə də eyni prosedur təkrarlanır.
Son 10 dəqiqə ərzində siz öz cavablarınızı cavab vərəqəsinə köçürməlisiniz.

Reading testində də cavabları köçürmək üçün buna bənzər 10 dəqiqəlik vaxt verilirmi?
Xeyr. Reading testinin müddəti 1 saatdır və siz bu müddət ərzində  bütün cavablarınızı cavab vərəqəsində yazmalısınız.

ListeningReading testləri üçün qələmdən istifadə edə bilərəm?
Xeyr. Siz karandaşdan istifadə etməlisiniz. Cavab vərəqəsi kompüter tərəfindən yoxlanılır, kompüter isə qələmi oxuya bilmir.

ListeningReading sual vərəqlərində qeydlər edə bilərəm?
Bəli. IELTS Examiner sizin imtahan vərəqənizi görməyəcək.

Speaking testi nədir?
Speaking testi təsdiqlənmiş IELTS Examiner-lə danışıqdan ibarətdir. Speaking testi üç bölmədən ibarətdir. Bu söhbət audio-kaset və ya rəqəmsal səsyazana yazılır.

Speaking testi üçün mənə nə lazımdır?
Siz IELTS Application Form-da göstərdiyiniz və testin qalan hissəsində istifadə etdiyiniz şəxsiyyətinizi təsdiq edən sənədi gətirməlisiniz. Müsahibə otağına daxil olmazdan əvvəl sənədiniz yoxlanılacaqdır.

 

Test nəticələri

Testin nəticələri necə qiymətləndirilir?
IELTS test nəticələrini ölçmək və  bir-birinə uyğun şəkildə hesabat vermək üçün 9-ballıq sistemdən istifadə edir. Siz ayrılıqda Listening, Reading, WritingSpeaking üzrə, eləcə də ümumi test üzrə 1-dən 9-a qədər bal alacaqsınız.

IELTS testi üçün keçid balını kim müəyyən edir?
IELTS testində heç bir keçid və ya kəsilmək yoxdur. Ballar 9-ballıq sistemlə hesablanır. Hər bir təhsil müəssisəsi və ya təşkilat öz fərdi tələblərini qarşılamaq üçün uyğun olan IELTS balı səviyyəsini müəyyən edir. Spesifik təşkilatlar və ballar haqqında ətraflı məlumat almaq üçün IELTS Global Recognition sistemindən istifadə edin.

Test nəticələrimi nə vaxt alacağam?

Sizin Test Hesabatı Formanız imtahan tarixindən 13 gün sonra sizə poçtla göndəriləcəkdir. Bütün test mərkəzləri Test Hesabatı Formanızı sizə göndərəcəkdir. Öz Test Hesabatı Formanızı etibarlı yerdə saxlayın, çünki siz yalnız bir nüsxə alacaqsınız. Bəzi test mərkəzləri  SMS xəbərdarlıq və onlayn nəticələr xidməti də təklif edirlər.  

Ətraflı məlumat üçün yerli test mərkəzinizlə əlaqə saxlayın.



Mənim neçə Test Hesabatı Forması (THF) almaq hüququm var?

Sizə yalnız bir (1) nüsxə Test Hesabatı Forması veriləcəkdir. Beşə (5) qədər THF nüsxəsi IELTS müraciət formasında sadaladığınız aidiyyətli qurum(lar)a göndəriləcəkdir. Adi poçtla göndərmə pulsuzdur. Kuryer xidməti və ya xarici ölkəyə göndərmə haqqı namizəddən tutulacaqdır. Bu beş THF-dan əlavə nüsxələr THF-nı buraxan test mərkəzindən istənilə bilər. Nəzərə alın ki, əlavə THF nüsxələri üçün inzibati ödəniş tutula bilər. Əgər siz öz THF nüsxənizi itirmisinizsə, lütfən sizin THF-nızı buraxan test mərkəzinə müraciət edin. 

 

Əgər mənim imtahan verdiyim test mərkəzi bağlanıbsa, mən əlavə THF nüsxələrini necə sifariş edə bilərəm?
Əgər sizin imtahan verdiyiniz test mərkəzi bağlanıbsa, biz yenə sizin test hesabatı formanızı test tarixindən sonra iki il müddətində tələb olunan təşkilata göndərə bilərik. Öz test mərkəzinizin bağlandığından əmin olmaq üçün IELTS Worldwide Search sistemində bunu yoxlayın.

 

Test Hesabatı Formasını sifariş etmək üçün siz aşağıdakıları etməlisiniz:

  • Bağlanmış test mərkəzindən əlavə THF üçün müraciət formasını (Application for additional TRFs (from closed centres) form (PDF, 570 KB)) doldurmaq. FamilyGiven names bölmələrini dəqiq şəkildə doldurmağınız çox vacibdir, çünki bunlar sizin tanınma sənədinizdə göstərilir.
  • Formanın sonunda olan Submit düyməsini basmaqla formanı göndərmək
  • Testdə iştirak edərkən istifadə etdiyiniz şəxsiyyətinizi təsdiq edən sənədin skanerdən keçirilmiş nüsxəsini əlavə etmək. (bu, formada olan Submit düyməsinə basdıqdan sonra edilir).

Hesabat forması yalnız IELTS testini tələb edən təşkilata göndərilə bilər və namizədin özünə, ailə və ya dostlarına göndərilmir.

Bu xidmət pulsuzdur.

Nə qədər vaxtdan sonra testdə təkrar iştirak edə bilərəm?
Testdə iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. Lakin IELTS sizə testdə təkrar iştirak etməzdən əvvəl əlavə hazırlaşmağınızı tövsiyə edir. Bəzi test mərkəzləri hazırlıq kursları və dil dərsləri təklif edir. Siz həmçinin IELTS  üçün rəsmi praktiki materiallardan (Official IELTS Practice Materials) istifadə etməklə öz dil bacarığınızı təkmilləşdirə bilərsiniz.

Əgər mən test nəticəmin yanlış olduğunu düşünürəmsə, nə etməliyəm?
Siz test tarixindən sonra 6 həftə ərzində öz test mərkəzinizdə nəticələrinizə yenidən baxılması üçün IELTS Enquiry on Results müraciəti edə bilərsiniz. Nəzərə alın ki, IELTS Examiner-lər və testi yoxlayanlar sərt yoxlama qaydalarına əməl edirlər və onlara müntəzəm nəzarət olunur. IELTS test prosesi ən yüksək keyfiyyət nəzarəti proseduruna malikdir. 

  


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: