Test Centre No. AZ010
 

IELTS testinə hazırlaşmağa sizə kömək edəcək bir sıra materiallar vardır.

Əvvəlcə, pulsuz Information for Candidates booklet (PDF, 935KB) faylını yükləyin. Burada test haqqında izahat verilmişdir.

                                                                                        

IELTS üçün Rəsmi Praktiki Materiallar

IELTS imtahanının formatını və sualların növlərini başa düşməyə sizə kömək edəcək rəsmi praktiki materiallar mövcuddur. IELTS üçün rəsmi praktiki materiallar iki cilddən ibarətdir

  • Vol. 1 Official IELTS Practice Materials (CD ilə)
  • Vol. 2 Official IELTS Practice Materials (DVD ilə)

Praktiki materialların hər iki cildində Reading, Listening, Writing və Speaking modullarının və cavabların nümunələri və imtahan götürən şəxsin şərhləri verilmişdir. 1-ci cildlə birlikdə təqdim olunan CD Listening testinin nümunələrini təqdim edir, 2-ci cildlə birlikdə təqdim olunan DVD-də isə Speaking testində iştirak edən tələbələr göstərilir.

 

IELTS üçün rəsmi praktiki materialların 1-ci və 2-ci cildi IELTS partnyorları tərəfindən təsdiqlənmiş yeganə materiallardır. Siz IELTS üçün Rəsmi Praktiki Materialları bu üç yoldan biri ilə əldə edə bilərsiniz:

 

Onlayn sual nümunələri

Onlayn sual nümunələrini həll etməyə çalışın. Bu nümunələr Reading, Writing və Speaking modullarında qarşılaşacağınız suallar haqqında sizə anlayış verəcəkdir.

 

IELTS hazırlıq kursları

GRBS hazırlıq proqramları təşkil edir. Bu proqramlar effektivdir, çünki biz:

 

  • gündəlik vəziyyətlərdə əməli dil bacarıqlarının inkişafına diqqət yetiririk;
  • eyni zamanda imtahana lazım olan dərəcədə oxu, yazı, danışıq və qulaq asaraq nitqin qavrayışı bacarıqlarını inkişaf etdiririk;
  • imtahanın verilməsi texnikasını məşq edirik;
  • əvvəlki imtahanların materiallarından istifadə edərək davamlı imtahan təlimlərini keçiririk;
  • sınaq imtahanlarını təşkil edirik;
  • fərdi məsləhətləşmələr təşkil edirik.

Hazırlıq kursları barədə ətraflı məlumat almaq üçün bu səhifəyə daxil olun.

  


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: