Test Centre No. AZ010
 

Bütün namizədlərin diI bacarıqlarının ədalətli və obyektiv qiymətləndirilməsini təmin etmək üçün  IELTS xüsusi tələbatlı namizədlər üçün əhatəli xidmət təmin edir. Məsələn:

  • Görmə çətinliyi;
  • Eşitmə çətinliyi;
  • Danışma çətinliyi;
  • Spesifik öyrənmə çətinliyi (məs., disleksiya);
  • Müvəqqəti yazı çətinliyi;
  • Sağlamlıq vəziyyəti(diabet kimi).

 

Bütün xüsusi tələbatlı namizədlər ən azı 6 həftə əvvəlcədən hər hansı xüsusi tələbat haqqında bildiriş təqdim etməlidirlər:

  • Tibbi arayış / diaqnostik hesabat;
  • Yazılı sorğu;
  • İki tarix seçimi (əgər xüsusi tələbat uzun müddət tələb edirsə).

 

Xüsusi ehtiyaclı namizədlər üçün aşağıdakılar təmin oluna bilər (zəhmət olmasa, mərkəzimizdə bunların mümkünlüyünü dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlayın):

  • Zəif görmə üçün böyüdülmüş şəkildə çap olunmuş materiallar;
  • Disleksiyalı namizədlər üçün əlavə vaxt;
  • Brayl əlifbası ilə hazırlanmış materiallar;
  • Listening testinin dodaqdan oxuma versiyaları;
  • Katibdən istifadə (başqa bir şəxs sizin diktə etdiyiniz cavabları yazır).

 

Əgər sizə testin modifikasiya edilmiş versiyası lazımdırsa (məsələn, Brayl əlifbası ilə), siz bu haqda üç ay əvvəlcədən test mərkəzinə bildirməlisiniz. Bu müddət modifikasiya edilmiş test versiyasının hazırlanması üçün vacibdir. Əgər sizin şərtləriniz sadəcə xüsusi inzibati təşkilatı tələb edirsə (məsələn, əlavə vaxt), siz bu haqda 6 həftə əvvəlcədən test mərkəzinə bildirməlisiniz. Lütfən, tələblərinizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.

  


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: