Test Centre No. AZ010
 

Test nəticələri

 

Nəticələr telefon və ya faks / e-mail vasitəsilə verilməyəcəkdir. Öz nəticəsini şəxsən götürməyi arzu edən namizədlər imtahan üçün müraciət etdikləri zaman bu haqda test mərkəzinə bildirməlidirlər. İmtahan nəticəsini götürmək üçün gəldikləri zaman özləri ilə şəxsiyyəti təsdiq edən sənəd gətirməlidirlər.

 

Nəticələr rəsmi Test Report Form (Test Hesabatı Formasında) qeyd olunur. Burada həm ümumi bacarıq, həm də ayrılıqda listening, reading, writingspeaking üzrə performans əks olunur. Ballar Non-user-dən Expert user-ə qədər 9-ballıq şkala üzrə verilir.

 

Müxtəlif təşkilatların özlərinə məxsus qəbul tələbləri olur və müəyyən bir modul üzrə minimal bal tələb edə bilərlər. Əsasən universitetlər akademik kursa qəbul üçün 6.0 və ya 6.5 bal tələb edirlər. Müraciət etdiyiniz təşkilatda tələb olunan balı dəqiqləşdirməyiniz məsləhət görülür.  

 

İmtahan üçün müraciət edərkən test nəticənizin əlavə 5 nüsxəyə qədər tələb etmək hüququnuz var. Əlavə Test Report Forms namizədin özünə deyil, bunu tələb edən akademik institut / dövlət agentliyi / peşəkar qurum / işəgötürənə göndəriləcəkdir.

 

Testdən sonra iki il müddətində Test Report Form əlavə nüsxəsi üçün imtahan verdiyiniz test mərkəzinə müraciət edə bilərsiniz.

 

______________________________________

Testinizin cavablarına burada baxa bilərsiniz.

  


28 M/St, Baku Central Hub Pushkin Street, Demir Yol Plaza, 15,16th floors Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: