Test Centre No. AZ010
 

İmtahan günündə olan prosedurlar:

 

  1. Siz müraciət formasını təqdim etdikdən sonra imtahan tarixiniz təsdiqlənəcək və sizin qəbzinizin üzərində çap ediləcək.
  2. İmtahan mərkəzinin yerini dəqiqləşdirin.
  3. Test mərkəzinə saat 8:00 radələrində gəlin. İmtahan günü namizədlərin qeydiyyatı saat 8:45-də başa çatır. Gecikənlər bu vaxtdan sonra imtahan otağına buraxılmayacaqlar.
  4. Şəxsiyyətinizi təsdiqləyən sənədi özünüzlə gətirin. İmtahan tarixində sənədinizin vaxtı bitməmiş olmalıdır. Şəxsiyyətinizi təsdiq edən sənədiniz olmasa (və ya sənədiniz qüvvədə olmasa), imtahanda iştirak edə bilməyəcəksiniz. IELTS imtahanı üçün qeydiyyatdan keçdikdən sonra yeni sənəd almısınızsa, imtahan günündə sizin haqqınızda yeni məlumata malik olmağımız üçün həmin sənədi imtahan tarixindən 3 gün əvvəldən gec olmayaraq ofisimizə təqdim etməlisiniz.
  5. İmtahan otağına mobil telefon, peycer, elektronik cihazlar, qələm və s. əşyalar gətirməməlisiniz. Şəxsi əşyalarınızı qoya biləcəyiniz xüsusi otaq olacaqdır. Öz əşyalarınızı qoymaq üçün rahat tanına bilən bir çanta gətirməyi unutmayın.
  6. Əgər hər hansı bir qaydanı pozduğunuz aşkar edilərsə, imtahan nəticəniz etibarsız sayılacaqdır. Bu qaydalara imtahan ərzində digər bir namizədə bir şey vermək və ya almaq, digər namizədin vərəqinə baxmağa və ya köçürməyə cəhd etmək, digər namizədlə danışmaq və ya onu narahat etmək, imtahanda istifadə edilən materialların yerini dəyişdirmək və s. daxildir.
  7. İmtahanın nəticələri imtahan tarixindən 13 gün sonra məlum olacaq.
  8. İmtahanın nəticəsini yalnız GRBS®-dən şəxsən götürmək olar. Bunun üçün şəxsiyyətinizi təsdiq edən sənədi göstərməli və nəticənizi götürdüyünüzü təsdiq etmək üçün imzanızı qoymalısınız. Siz həmçinin öz IELTS nəticənizi online öyrənə bilərsiniz.
  9. Şəxsən gəlib götürülməmiş imtahan nəticələri imtahan tarixindən sonra üç həftə ərzində müraciət formasında qeyd olunmuş ünvana göndəriləcəkdir.

Əlavə məlumat üçün IELTS Information for Candidates kitabçasına baxın.

  


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: