Test Centre No. AZ010
 

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir

IELTS dilin qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartlarını ifadə edir. Bu test dörd dil bacarığını yoxlayır – dinləmə, oxuma, yazı və danışıq. IELTS təhsil, immiqrasiya və peşəkar akkreditasiya zamanı ingilis dilində ünsiyyət bacarığını yoxlayan etibarlı və qüvvədə olan testdir.
Namizədlər bu imtahanı dünyanın hər tərəfində 900-dən artıq test mərkəzində verə bilərlər. Bu qlobal test keyfiyyət nəzarətinin ən yüksək səviyyəsinə malikdir.

Daha çox məlumat üçün Test format and results bölməsinə baxa və ya IELTS Guide for Insitutions and Organisations faylını yükləyə bilərsiniz. (PDF, 586KB).

IELTS IDP: IELTS Australia, British Council və Cambridge English Language Assessment  tərəfindən birgə idarə olunur və 135-dan çox ölkədə 900-dən çox test mərkəzi vasitəsilə çatdırılır.


 


IDP: IELTS Australia dünyanın aparıcı beynəlxalq təhsil və inkişaf təşkilatlarından biridir və tələbələrin təhsil müəssisələrinə yerləşdirilməsi, ingilis dili təlim və imtahan xidmətləri və dövlət sponsorları adından beynəlxalq yardım layihələrinin idarə edilməsi xidmətlərini təklif edir. IDP Education 1969-cu ildə Avstraliya universitetləri tərəfindən təsis edilmiş və hər hansı digər təşkilatdan daha çox tələbəni Avstraliyanın təhsil müəssisələrinə yerləşdirmişdir.

IDP Education öz törəmə müəssisəsi olan IELTS Australia vasitəsilə 30-dan çox ölkədə IELTS test mərkəzlərinin işinə nəzarət edir.

 

IELTS ingilis dili testləri arasında aparıcı mövqeyə malikdir. IELTS-in effektivliyi 1989-cu ildən bəri sübut olunmuşdur. IELTS testinin dizaynı təkmilləşmiş linqvistika, dil pedaqogikası, dilin qiymətləndirilməsi və texnologiyada ən son  irəliləyişləri özündə birləşdirir.

Bütün bu mütərəqqi dəyişikliklərlə birlikdə, IELTS hər dörd dil bacarığının (oxuma, yazı, dinləmə və danışıq) yoxlanmasına sadiq qalmışdır və bu testlərə üz-üzə danışıq komponenti də daxildir. Bu, IELTS-i digər ingilis dili testlərindən ayıran bir xüsusiyyətdir.

 

IELTS – innovasiya tarixçəsi

IELTS-in sələfi 1980-ci ildə yaradılmış English Language Testing Service (ELTS) olmuşdur. Bu testin innovativ formatı dil öyrənmə və tədris nəzəriyyəsində olan dəyişiklikləri və dilin yoxlanılmasında olan inkişafı əks etdirirdi. Məsələn, “kommunikativ” dil öyrənmənin artması və “spesifik məqsədlər üçün ingilis dili” ELTS-in formatına təsir etmişdi. Test tapşırıqları dilin akademik kontekstdə istifadəsi formasına əsaslanırdı və dilin real həyatda istifadəsini əks etdirməsi niyyəti ilə hazırlanmışdı.  

British Council və UCLES EFL (indi Cambridge ESOL kimi tanınır) tərəfindən davam edən araşdırma və təkmilləşdirmə işləri test sisteminin yenilənməsi və indi IDP Education Australia kimi tanınan Avstraliya universitetlərinin və kolleclərinin IDP (International Development Program) proqramının da  cəlb olunması ilə beynəlxalq iştirakın genişlənməsinə gətirib çıxardı.

 

IELTS 1989 – 25 illik standartların müəyyənləşməsi dövrü

IELTS (International English Language Testing System) 1989-cu ildə fəaliyyətə başlamışdır. Bu tarixdən etibarən IELTS namizədləri iki ixtisaslaşmamış modulda – Listening və Speaking, və iki ixtisaslaşmış modulda – Reading və Writing – imtahan verməyə başladılar.

Testə əlavə dəyişiklik və düzəlişlər 1995-ci ilin aprel ayında olmuşdu. Bununla belə, IELTS partnyorları testi təkmilləşdirmə prosesini davam etdirdilər. Yenilənmiş IELTS Speaking Testi 2001-ci il iyul ayında təqdim olundu. Writing Testi üçün yeni qiymətləndirmə meyarları 2005-ci il yanvar ayında tətbiq edilməyə başladı. IELTS testinin kompüterləşdirilmiş versiyası da 2005-ci ildə bir sıra IELTS mərkəzlərində təqdim olundu. Bütün bu layihələr haqqında məlumatı IELTS Annual Review və Cambridge ESOL-un rüblük nəşrlərində – Research Notes – tapa bilərsiniz.

Hazırki test 1980-ci illər ELTS testinin bir çox xüsusiyyətlərini saxlayır. Məsələn, yazılı imtahanlarda (Reading və Listening) mətnin əhatəliliyinə xüsusi əhəmiyyət verilməsi, performansın üzbəüz Speaking testi vasitəsilə birbaşa yoxlanılması, və  Writing testində esse və məruzə formatından istifadə edilməsi. 

 

Davam edən araşdırma və təkmilləşdirmə

Beynəlxalq yazıçı komandaları IELTS test materiallarına öz töhfələrini verirlər. Davam edən araşdırmalar IELTS-in düzgün və  ədalətli olaraq qalmasını – imtahanın nə vaxt və harada götürülməsindən asılı olmayaraq – və IELTS-in millətlər arası müxtəlifliyə hörmət etməsini, həvəsləndirməsini və bunu əks etdirməsini, millətindən, təhsilindən, cinsindən və həyat tərzindən asılı olmayaraq imtahan verən hər kəsə eyni şəkildə ədalətlə davranılmasını təmin edir.

Test materiallarının istehsalı prosesinin ciddiliyi hər bir test versiyasının eyni çətinlikdə olmasını təmin edir ki, bu da testin harada və nə vaxt verilməsindən asılı olmayaraq namizədlərin nəticələrinin müqayisə olunmasının düzgünlüyünə təminat verir.

Bugünkü IELTS-in bu və başqa üstünlükləri bizim onilliklərlə davam edən ingilis dilinin yoxlanılması üzrə təcrübəmizə əsaslanır.

  


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: